AnalitikaGündəmSiyasət

8 Noyabr – Qürur və Zəfər Günümüz

8 Noyabr — Azərbaycan tarixinin ən şanlı, ən möhtəşəm səhifələrindən biridir. Bu gün bizim milli qürurumuzun, dövlətimizin gücünün və xalqımızın birliyinin təntənəsidir. 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Qələbə xalqımızın iradəsini, əsgərlərimizin igidliyini, şəhidlərimizin əbədiləşən qəhrəmanlığını dünyaya nümayiş etdirdi.

Bu Zəfər təkcə hərbi uğur deyil, həm də milli ruhun, vətən sevgisinin və azadlıq istəyinin təntənəsidir. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 2020-ci ilin 8 Noyabrında azadlığa qovuşdu — üçrəngli bayrağımız yenidən Qarabağ səmasında dalğalandı.

Bu gün hər bir azərbaycanlı qəlbində o qüruru, o sevinci daşıyır. Biz Zəfər Gününü qeyd edərkən yalnız keçmişi deyil, həm də gələcəyi düşünürük — daha güclü, daha müasir, qalib Azərbaycanın gələcəyini. Şəhidlərimizin qanı bahasına qazanılan bu Qələbə bizi daim birliyə, vətənpərvərliyə və milli dəyərlərimizə sadiq qalmağa çağırır.

Zəfər Günü bizə göstərdi ki, Azərbaycan xalqı istənilən çətinliyə sinə gələ bilər. Biz bir olduq, bir amal uğrunda döyüşdük və qalib gəldik! Bu birliyin, bu ruhun qorunması gələcək nəsillərin ən böyük vəzifəsidir.

Qoy 8 Noyabr – Zəfər Günü hər zaman qəlblərdə yaşasın! Qoy şəhidlərimizin ruhu qarşısında baş əyək, qazilərimizin fədakarlığını unutmayaq və qalib, müstəqil Azərbaycanla daim qürur duyaq!

Qalib Azərbaycan – əbədi Zəfərin simvoludur!

Aydan Mehdizadə
Nizami rayonu YAP fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button