AnalitikaGündəmSiyasət

Aİ ilə Avstraliya arasında azad ticarət sazişi imzalanıb

Avropa İttifaqı (Aİ) və Avstraliya arasında illərlə davam edən danışıqlardan sonra azad ticarət sazişi imzalanıb.

İnfososium.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avstraliyanın Baş naziri Entoni Albanizin Kanberrada imzaladıqları sazişlə Aİ-nin mühüm xammala çıxışının təmin olunması, rüsumların qarşılıqlı ləğvi, xidmət ticarətinin və investisiyaların asanlaşdırılması planlaşdırılır. Saziş həm xammallara, həm də emal olunmuş məhsullara tətbiq edilən rüsumların ləğvini nəzərdə tutur.

Aİ bu sazişlə Çindən asılılığını azaltmaq istəyir. Dünyanın ən böyük litium təchizatçısı olan Avstraliya gələcəyin təmiz texnologiyaları üçün həlledici əhəmiyyət daşıyan xammallara malikdir. Aİ isə Avstraliyaya maşınlar, kimyəvi məhsullar və nəqliyyat sektoru üçün texnologiyalar ixrac edir.

Qeyd edək ki, Aİ ilə Avstraliya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı sayəsində əməkdaşlığın gücləndirilməsinə dair sənəd də imzalanıb. Bununla da, Astraliya Aİ-nin təhlükəsizlik və müdafiə tərəfdaşlığı qurduğu 11-ci ölkə olub.

Oxşar Xəbərlər

Back to top button