Dünya
Arif Alvidən İlham Əliyev və Azərbaycan xalqına təbrik
Pakistan Prezidenti Arif Alvi Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
İnfososium.az xəbər verir ki, bununla bağlı Pakistan Prezidentinin rəsmi tviter hesabında paylaşım edilib.
“Pakistan xalqı adından və şəxsən öz adımdan qardaş İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm”, – deyə paylaşımda qeyd edilib.