
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycanı səmimi, etibarlı və əhəmiyyətli bir dövlət kimi səciyyələndirməsi Avropa məkanında ölkəmizə olan müsbət münasibətin göstəricisidir. Şuşa şəhərindən səsləndirilən bu dəstək, ölkəmizin xarici siyasətinin və yaratdığı güvənli imicin nəticəsidir.
Ermənistanın uzun illər boyu apardığı dezinformasiya kampaniyalarına baxmayaraq, Azərbaycanın dürüst və açıq siyasəti Slovakiya kimi dost ölkələrin qəlbində yol tapıb. Ağdamda bərpa işlərinə Slovakiya şirkətinin cəlb olunması, xalqlarımızın və hökumətlərimizin səmimi əməkdaşlığının göstəricisidir.
Bu görüş bir daha təsdiqlədi ki, Azərbaycanın haqq səsi eşidilir, zəhməti qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropa cəmiyyətində yalnız iqtisadi deyil, həm də güclü siyasi və mədəni mövqeyə sahib tərəfdaş olaraq qəbul edilir.
Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı



