AnalitikaGündəmSiyasət

Avropa enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla əməkdaşlığını gücləndirir

Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər və geosiyasi hadisələr Avropanın enerji siyasətinə ciddi təsir göstərmişdir. Avropa ölkələri alternativ enerji mənbələri axtarışında Azərbaycan qazına böyük maraq göstərir. Xüsusilə Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropa dövlətləri üçün Azərbaycan qazı strateji əhəmiyyət daşıyır. Azərbaycan zəngin təbii qaz ehtiyatlarına malik ölkələrdən biridir. Xüsusilə Şahdəniz qaz yatağı və digər iri qaz yataqları Azərbaycanın qaz ixrac potensialını artırır. Azərbaycan qazının Avropaya çatdırılması üçün mühüm enerji layihələri həyata keçirilmişdir. Cənub Qaz Dəhlizi (CQD) bu layihələrin ən əhəmiyyətlisidir və Azərbaycan qazının Avropa bazarına çıxarılmasında əsas rol oynayır.

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşü zamanı deyib ki, xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər. Azərbaycan Respublikası və Şimali Makedoniya Respublikası arasında ikitərəfli əlaqələrin inkişafı üçün daha da fəal iş aparılacaq. Bu rəsmi səfərdən sonra əlaqələr daha da inkişaf edəcəkdir.

Cənab İlham Əliyev, gələcəkdə Azərbaycan və Şimali Makedoniya arasında diplomatik münasibətlərin daha da güclənməsi üçün birgə işlər görüləcəyini bildirmişdir. Bu çərçivədə, hər iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, mədəniyyətlərarası əlaqələrin daha da genişlənməsi və gənclər arasında qarşılıqlı təcrübə mübadiləsinin artırılması kimi məsələlərə xüsusi diqqət yetiriləcəyi vurğulanmışdır. Prezident İlham Əliyev, Azərbaycan ilə Şimali Makedoniya arasında möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyini, regional və beynəlxalq məsələlərdə birgə fəaliyyətin vacibliyini bildirmişdir. Prezident İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri, iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından mühüm bir addım olmuşdur. Bu səfər, yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də beynəlxalq münasibətlərdə strateji əməkdaşlığın artırılmasına yönəlmişdir. Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq əlaqələri bundan sonra da müsbət inkişaf edəcək, hər iki ölkə arasında əməkdaşlıq genişlənəcəkdir.

İsmayıl Nağızadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button