AnalitikaDünyaGündəm

Avropa İttifaqı Şurasının Kiprdə qeyri-rəsmi iclası olacaq

Aprelin 23-24-də Avropa İttifaqı (Aİ) Şurasının Kiprdə qeyri-rəsmi iclası keçiriləcək.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, Aİ Şurasının Prezidenti Antonio Koştanın İttifaqa üzv ölkələrin dövlət və hökumət başçılarına dəvət məktubunda iclasda müzakirə olunacaq məsələlər barədə məlumat verilib. İclasın əsas gündəliyi mürəkkəb geosiyasi vəziyyət və Avropanın buna cavab tədbirləri, eləcə də 2028-2034-cü illəri əhatə edən çoxillik maliyyə çərçivəsi üzrə siyasi istiqamətlərin müəyyənləşdirilməsindən ibarət olacaq. Liderlər müzakirələrə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı ilə başlayacaq və Ukraynada davam edən müharibə ilə bağlı vəziyyəti nəzərdən keçirəcəklər.

Görüşdə İran və Yaxın Şərqdəki vəziyyət də geniş müzakirə olunacaq. Aİ-nin regionda gərginliyin azaldılması, sülhün təşviqi və gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına töhfəsi diqqət mərkəzində olacaq. Eyni zamanda, enerji qiymətlərinin artımının iqtisadi təsirləri və mümkün tədbirlər müzakirə ediləcək.

İclas çərçivəsində növbəti çoxillik büdcə üzrə maliyyələşmə məsələləri, o cümlədən yeni gəlir mənbələri və rəqabət qabiliyyətinin gücləndirilməsi də gündəmdə olacaq. Liderlər, həmçinin Yaxın Şərq ölkələrinin nümayəndələri ilə birgə görüş keçirərək mövcud vəziyyət və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparacaqlar.

Oxşar Xəbərlər

Back to top button