AnalitikaGündəmSiyasət

Azərbaycan alternativ enerji mənbələri üçün geniş əməkdaşlıq həyata keçirir

Günümüzün reallıqları Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə zamanında və yüksək səviyyədə çatdığını təsdiqləyir. Müstəqillik tariximiz təkcə enerji deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir.

2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Hazırda, Cənub Qaz Dəhlizi fəaliyyət göstərərək Avropa energetika bazarına qaz nəqlini təmin etməkdədir. Bununla birlikdə, layihənin müstəqil və sabit olaraq işləməsi üçün çeşitli təhlükəsizlik və müstəqil audit tədbirləri həyata keçirilməlidir. Ayrıca, siyasi müstəqil əhəmiyyəti nəzərə alaraq, ölkələr arasında əməkdaşlığı dəstəkləmək və tərəfdaşlığı gücləndirmək əhəmiyyətlidir.

Ümumiyyətlə, alternativ enerjiyə keçid Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu istiqamətdə atılan addımlar göstərir ki, Azərbaycan dövləti bərpaolunan enerji növlərinin istehsalına çox böyük önəm verir. Azərbaycan dövlətinin ölkənin enerji müstəqilliyini bərpa olunan mənbələr hesabına möhkəmləndirilməsinə güclü siyasi iradə göstərməsi heç də təsadüfi deyil. Ölkə ərazisi, xüsusən də Abşeron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Cənab Prezident işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Bu mənbələrdən səmərəli istifadə olunması isə yeni enerji gücləri deməkdir. Qarşıya qoyulan hədəf isə 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasıdır.

Süsən Qulamova,
187 saylı orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button