
Son 40 gün ərzində beynəlxalq təşkilatlar çərçivəsində keçirilmiş və Azərbaycan Respublikası və onun vətəndaşlarının namizəd olduğu 6 seçkidən hamısında qələbə qazanılması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan Respublikasına artan etimadın bariz göstəricisidir.
“İnfososium.az” xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.
6 seçki siyahısı aşağıdakı kimidir:
BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)
BMT Turizmin İcraiyyə Şurası (2025-2029-cu illər üzrə)
UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitə (2025-2029-cu illər üzrə)
BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyü (2026-2029-cu illər üzrə)
BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Katibi