AnalitikaGündəm

Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyə qalxıb

2024-cü il noyabr ayında Bakı qlobal iqlim dəyişiklikləri  və davamlı inkişaf məsələlərinə dair dünya liderlərinin bir araya gəlməsi ilə mühüm tədbirə ev sahibliyi etmişdir.

COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün əsas mövzuları müzakirə edən qlobal tədbirin Azərbaycanda keçirilməsi region və ada dövlətləri üçün əlamətdar hadisədir. Belə bir möhtəşəm tədbirin ilk dəfə olaraq məhz respublikamızda  reallaşması həm də Bakının dünyanı narahat edən bəşəri problemlərin müzakirəsi üçün əlverişli məkan olduğunu göstərir. COP29 həmçinin təkcə yerləşdiyimiz regiona deyil, daha geniş coğrafiyaya beynəlxalq diqqətin artmasına səbəb olacaq.

Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.Bu Sammitdə Cənab Prezident İlham Əliyev öz çıxışında  bildirirdi ki, kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb inkişaf edəcəyini bildirmişdi. Prezidentin çıxışı, həm yerli, həm də beynəlxalq səviyyədə iqlim dəyişikliyi ilə mübarizə sahəsində Azərbaycanın mövqeyini bir daha bəyan etdi.Cənab Prezident qeyd edirdi ki kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməli, inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edərək, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstəməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Cənab Prezident  iqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərəcəyini qeyd edirdi. Xəzər dənizi ilbəil daha da dayazlaşdığını, çaylarımızda daha az su, dağlarımızda daha az qar olduğunu vurğuladı . Keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar  hər bir ölkəyə təsir edir və buda   kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükə olduğunu bəyan etdi.

Ada dövləti bir və ya bir neçə adada yerləşən dövlətdir. Bu gün dünyada 47 belə ölkə var. Dünya okeanlarında ekoloji vəziyyətin istənilən dəyişməsi adada onsuz da çətin olan həyatın kəskin şəkildə pisləşməsi deməkdir. Buna görə də BMT inkişaf etməkdə olan kiçik ada dövlətlərinin rifahı məsələsinə dönə-dönə müraciət edir. Artan təbii fəlakətlər, mərcan riflərinin ölümü və dəniz səviyyəsinin qalxması insanları yaşamaq üçün daha əlverişli yerlər axtarmağa vadar edir. Karib hövzəsi ölkələrində bəzən mövsümdə beş qasırğa olur. Bakıda müzakirə edilən bu mövzu buraya təşrif buyuran Ninava İnu Pereyra Nunes Huni Kui də narahat edir. O, COP29-dan gözləntilərinin böyük olduğunu bildirdi.

Cənab Prezident çıxışında “ Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərilib”

Azərbaycan qlobal təşəbbüslərdə fəal iştirak etməyi hədəfləyir. Cənab Prezident  İlham Əliyev çıxışında Azərbaycanın gələcəkdə ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dair irəliləyişlərini daha da sürətləndirməyi planlaşdırdığını bildirdi.

Həmidə Fərzəliyeva,
Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbin musiqi müəllimi

Oxşar Xəbərlər

Back to top button