AnalitikaGündəmSosial

Azərbaycan Dilinin Tətbiqinə Dövlət Nəzarəti

Müstəqil Azərbaycanda ana dilimizin saflığını qorumaq üçün daimi və institusional dövlət nəzarəti həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci il 1 noyabr tarixli Fərman çərçivəsində yaradılmış Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi uzun müddət dilimizdən istifadənin təkmilləşdirilməsinə xidmət etmişdir.

Hazırkı dövrdə bu nəzarət daha da gücləndirilmişdir. 2025-ci il iyulun 31-də imzalanmış Fərmanla Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək və dilin inkişafını təmin etmək birbaşa olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə olunmuşdur. Bu hüquqi addım ana dilimizin yad təsirlərdən mühafizəsini ən yüksək dövlət səviyyəsində təmin edir.

Dövlət rəhbərliyinin həyata keçirdiyi bu sistemli işlər Azərbaycan dilinin qloballaşma prosesində özünəməxsusluğunu itirməməsi üçün həlledici rol oynayır. Hər bir vətəndaş bu qaydalara, o cümlədən orfoqrafiya normalarına riayət etməklə milli sərvətimizi qorumalıdır.

Zərifə Məmmədzadə,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button