AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Almaniya arasındakı münasibətlərin strateji əhəmiyyət daşıyır

2025-ci il aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüş keçirilib. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələri, gələcək perspektivlər və bir sıra qlobal məsələlər müzakirə olunub. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında Azərbaycan ilə Almaniya arasındakı münasibətlərin strateji əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və mədəni sahələrdə güclü əməkdaşlıq əlaqələri mövcuddur və bu münasibətlər qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında inkişaf edir. Azərbaycan və Almaniya arasında siyasi dialoq uzun illərdir davam edir. Prezident İlham Əliyev Almaniyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini yüksək qiymətləndirib. O, bildirib ki, Almaniya Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında mühüm tərəfdaşlardan biridir. Görüşdə regional təhlükəsizlik məsələləri, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Azərbaycanın Almaniya ilə iqtisadi əlaqələrini şaxələndirmək niyyətində olduğunu bildirib. O, qeyd edib ki, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və iki ölkə arasında ticarət dövriyyəsi hər il artmaqdadır. Xüsusilə enerji sektorunda əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi gündəmdədir. Görüşdə Azərbaycan və Almaniya arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsinə də toxunulub. Azərbaycan Şərqlə Qərb arasında nəqliyyat dəhlizinin inkişafında mühüm mövqeyə malikdir və Almaniya bu dəhlizin imkanlarından istifadə etməklə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz layihəsinin Almaniya üçün yeni iqtisadi imkanlar yaratdığını vurğulayıb. Mədəni və təhsil sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin ayrılmaz hissəsidir. Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda fəaliyyət göstərən təhsil və mədəniyyət mərkəzlərinin əhəmiyyətini qeyd edərək, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın müxtəlif universitetləri Almaniya universitetləri ilə əməkdaşlıq edir və bu əlaqələrin daha da möhkəmləndirilməsi nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycan və Almaniya arasında bir sıra əməkdaşlıq sənədləri imzalanıb. Bu sənədlər enerji, nəqliyyat, ticarət, təhsil və mədəniyyət sahələrini əhatə edir. Prezident İlham Əliyev bəyanatında bu sənədlərin iki ölkə arasındakı əlaqələri yeni səviyyəyə qaldıracağını bildirib. Bu səfər Azərbaycan və Almaniya arasında münasibətlərin daha da güclənməsinə və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafı regionda sülh və sabitliyin möhkəmlənməsinə də müsbət təsir göstərəcək.

İlham Quliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button