AnalitikaGündəmSiyasət

Azərbaycan ilə Özbəkistan arasındakı dostluq və əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur

2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı iki ölkə arasındakı münasibətlərin nə qədər güclü və strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Prezident Əliyev bəyanatında Azərbaycan ilə Özbəkistanın dostluq əlaqələrinin tarixən dərin köklərə dayandığını və hazırda əməkdaşlığın yeni mərhələyə keçdiyini vurğuladı.

Azərbaycan ilə Özbəkistan arasındakı dostluq və əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi ötən il Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında ən yüksək səviyyəli hüquqi sənəd olaraq münasibətlərə yeni məzmun qazandırıb. Artıq iki il ərzində Azərbaycan və Özbəkistan yalnız dost deyil, həm də rəsmi müttəfiqlərdir. Bu müttəfiqlik beynəlxalq platformalarda qarşılıqlı dəstək və ortaq layihələrlə təsdiqlənməkdədir. İkitərəfli münasibətlərin əsas sütunlarından biri də iqtisadi əməkdaşlıqdır. Son dövrlərdə yaradılmış Azərbaycan–Özbəkistan Birgə İnvestisiya Fondu artıq real layihələrlə təmin olunub. 500 milyon dollarlıq kapitala sahib bu fond vasitəsilə energetika, kənd təsərrüfatı, turizm və tikinti sahələrində onlarla layihənin icrası planlaşdırılır. Bu, ölkələrin yalnız daxili inkişafına deyil, regionun iqtisadi inteqrasiyasına da töhfə verir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Özbəkistandakı islahatların uğurla icra olunması Azərbaycan üçün həm dost ölkənin nailiyyəti, həm də ortaq inkişafın təməl daşıdır. Bu baxımdan, Bakıda keçirilən görüşlər yalnız diplomatik prosedur deyil, həm də qardaş xalqların gələcək rifahına atılan əmin addımdır.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button