AnalitikaGündəm

Azərbaycan iqlimin dostu olmaq yolundadır

COP 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP bu konvensiyanın ən üst qərarverici orqanıdır. Konvensiyaya tərəfdaş olan, onu ratifikasiya edən ölkələr COP-da təmsil olunurlar. Hazırda bu ölkələrin sayı 198-dir. COP28 adlandırılan 28-ci konfrans 2023-cü ilin 30 Noyabr-12 Dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib. Konfransda dünyanın 195 ölkəsindən təxminən 97 min nəfərdən çox nümayəndə heyəti iştirak etdi. İştirakçılar əsasən dövlət rəsmiləri, özəl sektoru təmsil edənlər, alimlər, tədqiqatçılar, ekspertlər, mətbuat nümayəndələri və digər əlaqədar tərəflər olub.

Bakıda keçirilən COP29 konfransı çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 73 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilib.  2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürüb. Məlumat üçün bildirək ki, COP29 konfransının keçirilməsi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürüb.

Hazırda Azərbaycanda əsas ekoloji problemlər su ehtiyatlarının çirkləndirilməsi, sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi, kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması, tullantıların tələb olunan səviyyədə idarə olunmaması, biomüxtəlifliyin qorunmaması, meşələrin, flora və faunanın qorunmamasıdır. Lakin ölkəmizdə alternativ enerjidən istifadə yolunda ciddi addımlar atılır. Günəş və külək alternativlərindən, habelə su vasitəsi ilə enerji almaq üsullardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən işlər zamanla sürətlənir, tətbiq sahələri genişləndirilir.

Turqay Qəribov,
Ramana bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Back to top button