
2025-ci il aprelin 28-də İran İslam Respublikasının yeni prezidenti, islahatçı siyasətçi Məsud Pəzeşkianın Azərbaycan Respublikasına etdiyi rəsmi səfər, təkcə iki qonşu ölkə arasında diplomatik münasibətlərin bərpası deyil, eyni zamanda bölgədə strateji tarazlıqların dəyişməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu səfər, İran-Azərbaycan münasibətlərinin son illərdəki dalğalanmalarından sonra qarşılıqlı anlaşma, əməkdaşlıq və regional sabitlik istiqamətində atılan yeni addım kimi qəbul olunur.
Prezident Cənab İlham çıxışında Azərbaycanın İranla əlaqələrini yüksək qiymətləndirərək, iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hər zaman inkişaf etdirilməli olduğunu vurğuladı. O, qeyd etdi ki, Azərbaycan İranla olan əlaqələrini strateji tərəfdaşlıq çərçivəsində daha da gücləndirmək niyyətindədir və bu əməkdaşlığın genişlənməsi üçün geniş imkanlar mövcuddur.
İki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi üçün qarşılıqlı maraq doğuran bir çox sahələr mövcuddur. İlham Əliyev, xüsusilə, bölgələrdə iqtisadi əlaqələrin inkişafının həm Azərbaycan, həm də İran üçün faydalı olduğunu bildirdi. O, həmçinin, Azərbaycanın İranın iqtisadiyyatına dəstək vermək və qarşılıqlı layihələrin həyata keçirilməsi baxımından hər zaman açıq olduğunu vurğuladı.
Hər iki ölkədə şiə məzhəbi geniş yayılıb, bu da dini və mədəni əlaqələrin möhkəmlənməsinə səbəb olub. İran universitetlərində azərbaycanlı tələbələr təhsil alır, həmçinin Azərbaycanla İran arasında mədəniyyət günləri və tədbirləri keçirilir. İranın bəzi dini dairələrinin Azərbaycanda təsir yaratmaq cəhdləri dövlət tərəfindən daim nəzarətdə saxlanılır. Azərbaycan öz dini siyasətində müstəqillik və dünyəviliyə sadiqdir. Azərbaycan–İran münasibətləri mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Tarixi və mədəni bağlılıq bu əlaqələrin təməlini təşkil etsə də, siyasi və geosiyasi maraqlar zaman-zaman bu münasibətləri sınağa çəkir. Heydər Əliyevin qoyduğu əsas prinsiplər – qarşılıqlı hörmət, qeyri-müdaxilə və əməkdaşlığa açıq yanaşma – bu münasibətlərin sabit inkişafı üçün baza rolunu oynayır. Hər iki tərəfin qarşılıqlı maraqlara əsaslanan və məsuliyyətli siyasət yürütməsindən asılıdır. Azərbaycanın strateji mövqeyi və İranın regiondakı maraqları bu qonşuluq əlaqələrini sülh və əməkdaşlıq yönündə inkişaf etdirmək üçün kifayət qədər zəmin yaradır.
Həsənova Səbinə,
YAP-ın fəalı