AnalitikaGündəmSiyasət

Azərbaycan-İsrail əlaqələri yüksələn xətlə inkişaf edir

Azərbaycan ilə İsrail arasında qarşılıqlı etibara və faydalılığa hesablanan münasibətlərdə Azərbaycan-İsrail əlaqələri heç bir zaman üçüncü dövlətə qarşı yönəlməyib. Azərbaycan müstəqillik əldə etdiyi dönəmlərdə, müstəqilliyimizi tanıyan dövlətlərdən biri də məhz İsrail olub. Eyni zamanda Azərbaycanla diplomatik münasibətlərin qurulmasında ilk təşəbbüs göstərən dövlətlərin başında yenə İsrail gəlir. İşğal faktı dövründə, biz İsrail dövlətinin, bütün platformalarda Azərbaycanın ərazi bütövlüyünün tanınması, münaqişənin beynəxalq hüquq prinsiplərinə müvafiq aparılması ilə bağlı ədalətli mövqeyini müşahidə etmişik. İsrail böyük dövlətlərin iradəsinə kəskin şəkildə təsiretmə gücünə malik olan bir dövlətdir. Yəhudi lobbisinin hər zaman Azərbaycanın maraqlarına uyğun davranışlarını müşahidə etmişik. Bütün bunlar, Azərbaycan-İsrail münasibətlərinin tarixi mahiyyətindən qaynaqlanır. Yəhudi xalqı ilə Azərbaycan xalqı arasında çox qədimlərə dirənən böyük tarix mövcuddur. Azərbaycan dünyada yeganə dövlətlərdəndir ki ölkəsində yaşayan yəhudilərə heç bir diskriminasiya siyasəti, hər hansı bir təzyiq kompaniyaları həyata keçirməyib.

Azərbaycan-İsrail arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxınlaşmaqdadır. Bu kifayət qədər böyük ticarət əlaqəsindən xəbər verir. Eyni zamanda İsrail dünyada informasiya texnologiyalarının tətbiqinə şərait yaradan, geniş imkanlar tanıyan öndəgələn dövlətlərdən biridir. Belə bir dövlətin təcrübəsinin Azərbaycan dövləti tərəfindən öyrənilməsi çox müsbət haldır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aqrar sektorunda İsrailin kapitalının, investisiyasının iştirakı artıq bur faktdır. Eyni zamanda, Azərbaycan İsrail dövləti ilə münasibətləri hərtərəfli inkişaf etdirməklə hər iki xalqın mənafelərinə xidmət etməyə çalışır.

Azərbaycan-İsrail əlaqələri Ermənistan-Azərbaycan münaqişəsinin də müsbət çərçivədə həllinə öz təsirini göstərəcək. Təbii ki Ermənistan tərəfi yəhudi lobbisi ilə hər zaman əməkdaşlığa can atıb. Ancaq İsrail seçimini hər zaman Azərbaycan tərəfdən, haqq-ədalət tərəfdən edib. Çünki İsrail tərəfi, qardaş yəhudi xalqı hər zaman Azərbaycanın haqlı olduğunu bilib. Hesab edirəm ki, İsrail dövlətinin nüfuzu, müdaxilə etmə qabiliyyəti Cənubi Qafqazda möhkəm sülhün əldə olunmasına ciddi töhfələr verəcək.

Nailə Nəsirova,
Zabrat bələdiyyəsinin sədri

Oxşar Xəbərlər

Back to top button