Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Azərbaycan da inkişaf etməkdə olan ölkə kateqoriyasındadır. Ölkəmiz kolonializmin, imperializmin, işğalın, yaratmadığımız problemin hədəfi halına gəlməyin nə olduğunu yaxşı bilir. Azərbaycanın sahib olduğu dəyərlərə görə, biz kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin qarşılaşdığı problemləri dərindən hiss edirik. Onların iştirakının müəyyən hissəsini öz üzərimizə götürməyimiz bizim tarixi həssaslığımızın iqlim fəaliyyəti çərçivəsində ortaya qoyulmasının bir formasıdır. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik.
Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Millətlər Birliyinin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti olduğunu və onların çox gözəl potensialı: “Onlar böyük çağırışlarla üzləşir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir.
İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Təbii fəlakətlərin intensivliyi və onların nəticəsinin aradan qaldırılması daha çevik təxliyə imkanları və maliyyə resursları tələb edir. Kiçik ada dövlətlərinin materiklərdən uzaqda yerləşməsi materik dövlətlərinin təcili yardım təşəbbüslərini səmərəsiz edir. Eyni zamanda, bu qrupdan olan dövlətlərin təbii resurslarının və maliyyə imkanlarının məhdud olması Kiçik ada əhalisinin rifahına mənfi təsir göstərir. Həmin dövlətlərdə fəlakətlərdən qorunmaq və nəticələrin aradan qaldırılması üçün qlobal miqyasda iqlim böhranını yaradan dövlətlərin bu böhrana məruz qalan ölkələrə böyük həcmdə maliyyə yardımları etməsi zəruridir. Maliyyə resursları ilə təminat Kiçik ada dövlətlərində kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqinə imkan yarada bilər ki, bu vəziyyətin özü də həm iqlim kataklizmlərindən qorunmağa, həm də ada əhalisinin məşğulluğunun və rifahının yüksəlməsinə müsbət təsir göstərər. İqlim dəyişikliyi ilə mübarizə tədbirlərində kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həllinə təəssüf ki, dünya ictimaiyyəti tərəfindən lazımınca diqqət ayrılmayıb.
Ramin Əliyev,
YAP fəalı