AnalitikaGündəm

Azərbaycan mətbuatı gözəl bir ənənə yaratdı

Bu qədər mürəkkəb proseslərin içərisində Azərbaycan mətbuatı inkişaf etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi, Azərbaycan dilində müxtəlif jurnalistika janrlarının inkişafını təmin etdi, oçerk, felyeton kimi janrların dilimizdə inkişaf etdirilməsi, bədii təsvir və bədii özünüifadə vasitələrinin formalaşdırılması işində Azərbaycan mətbuatı böyük rol oynadı.

Əlbəttə ki, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Vaxtilə kommunizm ideallarını tərənnüm edən mətbuat avtomatik və qeyri-iradi olaraq keçiddən sonra demokratiyanı mənimsəməyə başladı. Çox təəssüf ki, o dövrdə ilkin mərhələdə formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi demokratik əsasların formalaşmasına layiqli töhfə verə bilmədi. Bunun səbəbləri isə kifayət qədər aydındır.

1991-ci ildən əvvəlki dövrdə olan mətbuatın nümayəndələri kommunizmi ideallaşdırırdısa, 1991-ci ildən sonrakı dövrdə biz demokratiyanın ideallaşdırılmasını gördük. Bu, bizi sonrakı illərdə həqiqi demokratiyadan bir qədər uzaqlaşdırdı. Əgər o dövrün kommunistləri kommunizm ideallarını istismar edirdilərsə, 1991-1993-cü illərdə özlərini “demokratik” adlandıranlar demokratiya ideallarını istismar edirdilər. Hesab edirik ki, bunların o qədər də ciddi fərqi yoxdur. Lakin həqiqi demokratiya daha geniş və dərin məzmun kəsb etdiyi üçün daha geniş kütlələrin və daha rəngarəng mətbuatın bu istiqamətdə səmərəli fəaliyyətini şərtləndirirdi. Çox təəssüf ki, bu günə qədər də o istismar cəhdlərinin davam etdiyinin bəzən şahidi oluruq. Bəzi qəzetlər, “ən demokratik, ən çox tirajla çıxan qəzet bizik” kimi epitetlərlə istismar mövqeyində dayanmağı doğru hesab edirlər. Bütün bunlara baxmayaraq, 1990-cı illərin əvvəllərində müstəqil Azərbaycan mətbuatı formalaşırdı.

Rəna Süleymanlı,
YAP-ın  gənc fəalı

Oxşar Xəbərlər

Back to top button