AnalitikaGündəm

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəfli münasibətlər inkşaf edir

Azərbaycan və İran arasında tarixən mehriban qonşuluq və qardaşlıq münasibətləri mövcud olub. Bu münasibətlərin təməlində dərin tarixi, dini, mədəni və dil baxımından ortaq dəyərlər dayanır. Hər iki ölkənin xalqları əsrlər boyu bir-biri ilə sıx təmasda olmuş, eyni coğrafiyada yaşamış və ortaq adət-ənənələri paylaşmışlar. Azərbaycan və İran tarixi baxımdan ortaq mədəniyyətə, dinə və dil əlaqələrinə malik iki qonşu ölkə kimi əsrlər boyu mehriban və qardaşlıq münasibətləri çərçivəsində yaşamışlar. Hər iki xalqın tarixində ortaq dəyərlər, ədəbiyyat, incəsənət və din birliyi bu əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdur. Bu yaxınlıq həm də mədəni və iqtisadi əməkdaşlıqda özünü göstərmişdir.

İki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdülür.Müxtəlif sahələr üzrə birgə layihələr, razılaşmalar və diplomatik təmaslar bu dostluq münasibətlərini davamlı saxlamaq məqsədi daşıyır.

Azərbaycan və İran xalqları arasında bu qardaşlıq ruhu, bəzi siyasi gərginliklərə baxmayaraq, xalq səviyyəsində daim qorunub saxlanılmışdır.Azərbaycan ilə İran arasında son illərdə müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Bu sənədlər iki ölkə arasında iqtisadi, nəqliyyat, enerji, su ehtiyatları və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Bu sənəd, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisini nəzərdə tutur.Azərbaycan-İran dövlət sərhədində Ağbənd – Kəlalə  buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisi planlaşdırılır.

Hidroqovşaq və Su Elektrik Stansiyalarının Tikintisi: “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə yekunlaşdırılması üçün işlərin sürətləndirilməsi vacibliyi vurğulanıb.  Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilən görüşdə ikitərəfli gündəlikdə duran aktual məsələlər müzakirə edilib.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlər dərin tarixi, mədəni və dini köklərə əsaslanır. Hər iki ölkə müsəlman əhalisi, ortaq sərhəd və ortaq regional maraqlara malikdir. İkitərəfli münasibətlər zaman-zaman dəyişkənlik göstərsə də, ümumilikdə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq davam edir.

Azərbaycan və İran 1992-ci ildən etibarən diplomatik münasibətlər qurmuşdur.Müxtəlif dövrlərdə qarşılıqlı səfərlər və dövlət başçıları arasında görüşlər həyata keçirilmişdir.Münasibətlərdə bəzən gərginliklər (xüsusilə regional təhlükəsizlik və geosiyasi məsələlərlə bağlı) müşahidə olunsa da, diplomatik kanallar vasitəsilə bu məsələlərin əksəriyyəti həll edilir.

Ticarət dövriyyəsi illər üzrə artmaqda davam edir.Nəqliyyat, enerji, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq sahəsində bir neçə razılaşmalar imzalanmışdır. “Şimal-Cənub” nəqliyyat dəhlizi bu əməkdaşlığın əsas istiqamətlərindəndir.

İkitərəfli münasibətlər zaman-zaman müəyyən gərginliklərlə müşayiət olunsa da, geosiyasi baxımdan qonşu dövlətlərin əməkdaşlıq etməsi hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.Azərbaycan Respublikası və İran İslam Respublikası arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanmışdır. Bu 147 sənəd iki ölkənin strateji maraqlarını əhatə edən və qarşılıqlı etimadın inkişafına xidmət edən əsas hüquqi baza kimi çıxış edir.

Günel Əlizadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button