
“Prezident İlham Əliyevin Macarıstana etdiyi işgüzar səfər və mətbuata verdiyi bəyanat iki ölkə arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini bir daha təsdiqlədi. Səfər çərçivəsində keçirilmiş görüşlər və müzakirələr yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regional və beynəlxalq əməkdaşlıq platformalarında yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, enerji təhlükəsizliyi məsələsində də Azərbaycan və Macarıstan arasında ciddi tərəfdaşlıq mövcuddur. Macarıstan şirkətləri Azərbaycanın əsas enerji layihələrində iştirak edir, ölkəmiz isə artıq Macarıstana qaz ixrac edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qaz ehtiyatlarının genişlənməsi və yaşıl enerji sahəsində planlaşdırılan layihələr, Avropanın enerji təchizatında Azərbaycanın rolunu daha da artıracaq. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin təşkili və bu sahədə Macarıstanın təşəbbüskarlığı da xüsusi qeyd olunmalıdır. Macarıstanın öz tarixi və mədəni köklərinə sadiq qalaraq Türk dünyası ilə yaxın münasibətlər qurması⁹ regionda yeni əməkdaşlıq üfüqləri açır.
Onum sözlərinə görə, Prezident İlham Əliyev Macarıstanın və onun Baş naziri Viktor Orbanın müstəqil siyasət yürütməsini də yüksək qiymətləndirib. Xüsusilə Avropa İttifaqı çərçivəsində bu cür müstəqilliyin qorunması, dövlət suverenliyi və milli maraqların üstün tutulması baxımından nümunə kimi göstərilib.