AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Özbəkistan Arasında Mədəni-Humanitar Əlaqələrin İnkişafı

İqtisadi və siyasi sahələrlə yanaşı, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əlaqələr də yüksək səviyyədə inkişaf edir. Xalqlarımızın ortaq tarixi, dili, dini və mədəni dəyərləri bu əlaqələrin mənəvi təməlini təşkil edir. Humanitar sahədə həyata keçirilən tədbirlər qarşılıqlı anlaşmanı daha da dərinləşdirir.

Mədəniyyət günləri, elmi konfranslar, gənclər forumları və yaradıcılıq sərgiləri ikitərəfli münasibətlərin ayrılmaz hissəsidir. Özbəkistanda Azərbaycan mədəniyyətinə, Azərbaycanda isə Özbəkistan incəsənətinə göstərilən böyük rəğbət bunun bariz nümunəsidir. Bu tədbirlər xalqlarımızı bir-birinə mənəvi cəhətdən daha da yaxınlaşdırır.

Elm və təhsil sahəsində həyata keçirilən layihələr tələbə və müəllim mübadiləsini stimullaşdırır. Qarşılıqlı olaraq həyata keçirilən təhsil proqramları gənc nəslin qardaşlıq ruhunda tərbiyə olunmasına xidmət edir. Humanitar əməkdaşlıq ölkələrimiz arasındakı dostluq bağlarını əbədiləşdirir.

Prezidentlərin diqqətində olan humanitar məsələlər daimi olaraq dəstəklənir. Mədəniyyət xadimlərinin qarşılıqlı səfərləri yaradıcılıq əlaqələrini daha da zənginləşdirir. Azərbaycan və Özbəkistan mədəniyyətlərinin vəhdəti ortaq dəyərlərimizin qorunmasına xidmət edir.

Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi

Oxşar Xəbərlər

Back to top button