AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Vyetnam dostluğu: Tarixdən gələcəyə uzanan yol

Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etimad və səmimi dostluq prinsipləri əsasında inkişaf edib. Coğrafi baxımdan uzaqda yerləşən bu iki ölkəni ortaq tarixi xatirələr, iqtisadi əməkdaşlıq və xalqlar arasında formalaşmış möhkəm əlaqələr birləşdirir. Bu münasibətlər zamanın sınağından keçərək bu gün yeni məzmun qazanıb.

İki xalq arasında dostluğun əsasını ötən əsrin ortalarında yaranmış əlaqələr təşkil edir. Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri Azərbaycan–Vyetnam münasibətlərinin tarixində mühüm hadisə kimi yadda qalıb. Azərbaycanın neft sənayesi ilə maraqlanan Vyetnam rəhbəri ölkəmizin zəngin təcrübəsini yüksək qiymətləndirib.

Sonrakı illərdə Azərbaycan mütəxəssislərinin Vyetnamın enerji sektorunda fəaliyyəti bu dostluğun real nəticələrini ortaya qoyub. Neft sənayesi sahəsində təcrübə mübadiləsi, kadr hazırlığı və birgə əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verib.

Müstəqillik dövründə Azərbaycan və Vyetnam arasında siyasi dialoq daha geniş istiqamətlərdə inkişaf etməyə başlayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər, diplomatik təmaslar və strateji tərəfdaşlığın qurulması münasibətlərin yeni mərhələyə yüksəlməsini təmin edib.

Bu gün Azərbaycan–Vyetnam dostluğu tarixi irsə əsaslanan və gələcəyə yönələn əməkdaşlıq nümunəsidir. Enerji, ticarət, nəqliyyat, investisiya və humanitar sahələrdə yeni imkanlar iki ölkənin tərəfdaşlığını daha da möhkəmləndirir.

Əminə Kərimova,
YAP Nizami rayon təşkilatının “Nəsimi küçəsi, 34” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button