AnalitikaGündəmSiyasət

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

Azərbaycan tarixində ilk konstitusiya quruluşunun əsasları 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. AXC Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika idi. Onun Müvəqqəti Hökumət Proqramı və Azərbaycan Xalq Cümhuriyyətinin qanunları konstitusion prinsiplərə əsaslanırdı.
Cümhuriyyət dövründə parlament üsul-idarəsi tətbiq edilmiş, söz, mətbuat, din və vicdan azadlığı təmin olunmuşdu. 1919-cu ildə idarəetmə orqanları haqqında qanun kimi hüquqi aktlar qəbul edilmişdi. Lakin AXC-nin ömrü qısa olduğundan tam Konstitusiya qəbul edilmədi.

20-ci ildə Azərbaycanın sovetləşdirilməsindən sonra ölkənin dövlət quruluşu SSRİ-nin siyasi sistemi ilə uyğunlaşdırıldı.
1921, 1937 və 1978-ci illərdə Azərbaycan SSR Konstitusiyaları qəbul olundu. Bu konstitusiyalar formal olaraq xalq hakimiyyətini təsbit etsə də, real hakimiyyət kommunist partiyasının əlində cəmlənmişdi.
Bu dövrdə dövlətin ideoloji əsasını sosializm təşkil edir, iqtisadi sistem dövlət mülkiyyətinə əsaslanırdı. İnsan hüquqları və azadlıqları formal xarakter daşıyırdı. Buna baxmayaraq, həmin dövrdə hüquqi terminologiya və dövlət idarəçiliyi sahəsində müəyyən institusional təcrübə formalaşdı.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Bu hadisə yeni, müasir konstitusiya quruluşunun əsasını qoydu.
1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkənin ali hüquqi sənədidir. Bu Konstitusiya Azərbaycan xalqının suverenliyini, demokratik, hüquqi, dünyəvi və unitar dövlət prinsipini təsbit etmişdir.
Konstitusiyanın əsas prinsiplərinə aşağıdakılar daxildir:
Dövlət hakimiyyətinin bölünməsi
İnsan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınması;
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması;
Bütün dövlət orqanlarının və vəzifəli şəxslərin Konstitusiyaya tabe olması.
1995-ci ildən sonra Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir bu da dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etmişdir.
Azərbaycanın konstitusiya quruluşunun tarixi xalqın azadlıq, ədalət və dövlətçilik arzularının inkişaf tarixidir. 1918-ci ildə əsası qoyulmuş demokratik prinsiplər bu gün müstəqil Azərbaycanın hüquqi-siyasi sistemində öz əksini tapmışdır. 1995-ci il Konstitusiyası ölkənin sabitliyi, hüquqi nizamı və vətəndaş hüquqlarının qorunması üçün əsas təminat rolunu oynayır.

Mətanət Cəfərova ,
Yeni Azərbaycan Partiyası, məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button