Azərbaycan xalqı milli birlik və bərabərliyin güclü olduğu xalqdır. Azərbaycan tarixi boyu xarici işğallara məruz qalıb. Bu işğalçılar Azərbaycanı daxilən zəiflətmək, dövlətçilik ənənələrini məhv etmək, milli birliyə son qoymaq üçün müxtəlif mənfur planlar həyata keçirmişdir. Xalqımızın başına tarixən çox müsibətlər gətirilib. Ancaq bunların heç biri xaqlımızın Azərbaycançılıq ideologiyasına, milli birliyinə güclü təsir edə bilməyib. Hər il ölkəmizdə Həmrəylik günü qeyd edilir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu ildə dekabrın sonlarına yaxın Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması ilə əlaqədardır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi.
Azərbaycan xalqı öz birliyini hər zaman göstərmişdir. Biz İkinci Qarabağ müharibəsi zamanı da bu birliyi dərinliyinə qədər hiss etdik. Milli birlik qələbəni qaçılmaz etmişdir. Biz bu birliyi tarixin hər dövründə görmüşük.
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Həmrəylik gününü milliyətcə azərbaycanlı olmayıb, ancaq Aərbaycanda doğulub-böyüyən Azərbaycan əsilli diaspora nümayəndələri də ürəkdən qeyd edir.
Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayır. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın bir-biri ilə əlaqə qurması, birlik və həmrəylik yaratmaq üçün bu bayram xüsusi əhəmiyyətə malikdir.
Damla Həsənzadə,
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin tarix müəllimi