Azərbaycan yəhudiləri İsrail-Azərbaycan münasibətlərinin inkişafında və Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasında aparıcı qüvvədir
Azərbaycan tarix boyu müxtəlif xalqlara ev sahibliyi edib. Bu xalqlardan biri də yəhudilərdir. Azərbaycan bir müddət Krımçaklar( Karayim yəhudiləri), Kürt Yəhudiləri, Buxara Yəhudilərinə və İbrani köklü olmayan Subbotnik və Ger Yəhudilərinə də ev sahibliyi etmişdir. Bunların böyük əksəriyyətini dağ yəhudiləri təşkil edir. Bizim coğrafiyada, Azərbaycan türkləri ilə Yəhudilərin bir yerdə yaşamaq tarixi yüzilliklər öncə mövcud olmuş Alban dövlətinə qədər uzanır. Azərbaycanlı tədqiqatçı Məhəmmədhəsən Vəlili (Baharlı) hələ 1921-ci ildə Bakıda nəşr olunmuş “Azərbaycan. Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” adlı kitabında bu suala belə cavab vermişdir: “Azərbaycan yəhudiləri, Assuri padşahları tərəfindən əsir edilmiş, əvvəl Assuriyada və sonra Midiyada yaşayan qədim yəhudilərin övladlarındandırlar. Buradan yəhudilər Assuri hökmranlığının süqutundan sonra, Salmanasar şahın zamanında indiki Azərbaycana, Gürcüstana və Dağıstana köçmüşdülər”. Azərbaycanda yəhudi diasporunun təşəkkülünün Əhəmənilər dövrü ilə əlaqələndirilməsi barədə də fikirlər vardır. Hər bir halda, Azərbaycanda yaranmış yəhudi diasporunun dünya üzrə meydana gəlmiş ilk diasporalardan olması aydın olur. Arxeoloji qazantılar zamanı Bakı ətrafında yeddinci yüzililiyə aid bir Yəhudi yaşayış məntəqəsinə və Qubanın 25 km cənub şərqində köhnə Sinaqqoqa rast gəlinmişdir. Bakıdakı ilk dini bina 1862-ci ildə qurulmuşdur. 1896-cı ildə Sinaqoqa çevrildi. 19-cu yüzlilliyin sonlarında daha bir neçə Sinaqoq inşa edildi. İlk qurulu Sinaqoq, 1910-cu ildə Bakıda istifadəyə verildi. 19-cu əsrin sonlarında, Rus işğalı altındakı Bakı Sionizm hərəkatının mərkəzlərindən biri oldu. «Hovevei Zion” 1891-ci ildə quruldu və bundan sonra 1899-dakı ilk Sionist təşkilat quruldu. Bu hərəkət qısa olan Azərbaycan Demokratik Cümhuriyyətində də güclü idi. 1919-cu ildə Yəhudi Xalq Universiteti açıldı; müəyən aralıqlarla Yidiş, İbranicə, Cuhuricə məktəblər lokallar xeyriyyə qurumları və mədəniyyət mərkəzləri fəaliyyət göstərdi. Sovetlərin qurulma prosesində Azərbaycanlılarla yanaşı yəhudilərədə təzyiqlər olunmağa başladı. Bütün Sionist fəaliyyətlər və İbranicə qaynaqlar qadağan edildi. 1920-ci illərin əvvəllərində bir neçə yüz Dağ Yəhudi ailəsi, Azərbaycan və Dağıstandan ayrılıb, İsrailə öz tarixi ata-baba yurdlarına yerləşdilər. 1970-ci ildə isə köç yasağınınn qaldırılmasıyla xeyli sayda Yəhudi İsrailə köç etdilər.Azərbaycan Yəhudilərinin ən sıx olduğu 1970-ci ildə, ölkədə 41288 nəfər Yəhudi var idi. Bunların üç mini 1971 və 1978-ci illər İsrailə köçərək, Tel-Əviv və Hayfaya yerləşdi. Sovetlər zamanında azərbaycan xalqı kimi yəhudi xalqıda öz dinləri və mədəniyyətlərini yaşaya bilmirdilər. Lakin Sovet İttifaqı dağılandan sonra müstəqil azərbaycan dövlətinin qurulması ilə birlikdə yəhudi xalqıda dini və mədəni həyatlarında azadlıq əldə etdilər. Müstəqil azərbaycan dövləti azərbaycanda yaşayan digər azsaylı xalqlarla birlikdə yəhudi xalqınada öz dinlərini və mədəniyyətlərini yaşaması üçün hər cür şərait yaratdı. Yüz illərdir azərbaycanda yaşayan yəhudi xalqıda azərbaycanı özlərinə vətən bilirlər.Məhz bunun bariz nümunəsi Azərbaycanın ilk milli qəhrəmanlarından biri olan Qarabağ savaşında şəhid olan Albert Aqarunovdur.
Azərbaycan xalqının bir parçası olan azərbaycan yəhudiləri dünyanin heç bir yerində olmayan əminamanlıq və sülh şəraitində yaşayırlar. Bakıda Aşkenazlara, dağ yəhudiləri və gürcü yəhudilərinə xidmət edən üç Sinaqoq var. Bakıda ki, dağ yəhudilərinin sinaqoqu Qafqazın ən böyük sinaqoqudur. Qubanın yaxınlığında Qırmızı Qəsəbədə iki, Oğuzda iki sinaqoq var. Privolnoyedəki Gerlərə aid sinaqoq, 1990-ci illərdən əhalinin azalması səbəbi ilə bağlıdır Bunlardan biri olan Dağ yəhudilərinin sinaqoqu cənab prezident İlham Əliyevin şəxsi göstərişi ilə tikilmişdir.Həmçinin bakıda iki yəhudi məktəbi vardır ki, bunlardan biri dövlət nəzdindədir. Bu dünyada əsil tolerantlıq və multikultiralizm nümunəsidir.
Azərbaycanda bir neçə universitetde yəhudi dili və mədəniyyəti tədris olunur. Azərbaycan milli məclisində yəhudi xalqını təmsil edən bir millət vəkili var. Bundan başqa azərbaycanın iqtisadi siyasi və sosial həyatında yəhudi xalqı aktiv iştirak edirlər. Azərbaycan yəhudiləri də azərbaycandan kənarda azərbaycanı unutmurlar. Dünyada azərbaycan həqiqətlərinin təbliğində yəhudi diasporası aktiv iştirak edir. Yəhudi dövləti İsrail ilə Azərbaycan arasında siysi hərbi və iqtisadi əməkdaşlıq mövcüddur. İsrail dövləti 20 %- dən çox torpaqları işğal olunmuş azərbaycan dövlətinin və xalqının yanındadır. Azərbaycan yəhudiləri İsrail azərbaycan münasibətlərinin inkişafında və azərbaycanın həqiqətlərinin dünyaya çatdırılmasında aparıcı qüvvədir. Prezident İlham Əliyevin cari ilin 30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanata belə qeyd edib ki, Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı