AnalitikaGündəmİdman

Azərbaycanda idmanın zəngin tarixi var

Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkil edən ünsürlərdəndir.  Qürurla demək olar ki, Azərbaycanın idman sahəsində uğurları beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilmişdir. Bunun nəticəsidir ki, ölkəmiz birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası kimi mötəbər idman yarışlarına ev sahibliyi etməyə hazırlaşır. İstər maddi–texniki bazanın, istər insan potensialının, istərsə də idman sahəsində kifayət qədər kadrlarımızın olması bizə bu yarışları yüksək səviyyədə təşkil etməyə imkan verəcəkdir.

Ulu Öndərin təşəbbüsü əsasında qəbul olunmuş “Bədən tərbiyəsi və idman haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanunlar Azərbaycan idmanının inkişafına ciddi təkan verdi. Bu qanunların yaratdığı imkanlar idmançıların yaşayış səviyyəsinin, təlim-məşq şəraitinin ildən-ilə yaxşılaşdırılmasına da real zəmin yaratdı.

Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasəti 2003-cü ilin oktyabrından Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir. Cənab İlham Əliyevin bu sahədə gördüyü işlərin son 5 illə məhdudlaşmadığı da xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, hələ 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsinə İlham Əliyev kimi idarəçi və təşkilatçı bir şəxsin seçilməsi idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. MOK-un prezidenti cənab İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda da işlər görüldü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhda tərbiyə edilməsi məqsədindən irəli gəlirdi.

Azərbaycanda idmanın zəngin tarixi var. Ulu öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində gənc idmançıların yaşayış səviyyəsi və təlim-məşq şəraiti ildən-ilə yaxşılaşdırılmışdır. Xatırlatmaq lazımdır ki, 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi bacarıqlı təşkilatçının seçilməsi dövlətin idman və gənclər siyasətinin yeni şəraitdə gerçəkləşdirilməsi üçün geniş imkanlar açmışdır.

İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır.  Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button