Bu gün hər bir azərbaycanlı fəxr və qürurla deyə bilər ki ölkəmiz dünyada ən sürətlə inkişaf edən, eləcədə bütün sahələrdə yeniləşən dövlətdir. Günü- gündən güclənən ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu isə ölkəmizin nüfuzunun və qüdrətinin ən nümunəvi göstəricisidir. Noyabrın 11-dən 24-nə (01.00-a) qədər Bakıda keçirilən COP29 iqlim sammiti həm Azərbaycan, həm də ümumilikdə dünya üçün uğurlu beynəlxalq tədbir kimi yaddaşlara həkk olundu.
Sammitin yekunları, xüsusilə də gərgin müzakirələrdən, açıq şəkil alan mübahisələrdən sonra əldə olunan razılaşmalar bir sıra dünya liderlərinin təqdirini qazanıb və onlar COP29-un işini yüksək qiymətləndirirlər. Konfrans günlərində qürurverici məqamlarla çox üzləşdik. Bəli, Azərbaycan Prezidentinin sülh və əmin-amanlığın bərqərar edildiyi region, sabit Avrasiya və çoxtərəfli əməkdaşlıqların səmərəli məcraya yönəldilmiş dünya naminə daim, bir çox hallarda təkbaşına mübarizə apardığı hamının gözü qarşısında idi. Prezident İlham Əliyevin daha mütərəqqi cəmiyyətlər, daha firavan ölkələr və fəsadsız sabahlar üçün dünyanın əksər dövlət və hökumət başçıları ilə birlikdə çalışdığının da şahidinə çevrildik.
Ümumilikdə, COP29 Azərbaycana dünya miqyasında yüksək hörmət qazandırmaqla yanaşı, ölkəmizin iqlim siyasətindəki fəallığını və beynəlxalq arenada güclü mövqeyini bir daha göstərib. Bu tədbir iqlim dəyişikliyi ilə mübarizəyə dair dünya liderlərinin bir araya gəlməsi üçün vacib bir platforma olmaqla yanaşı, həm də Azərbaycanın dünya miqyasında artan nüfuzunun təntənəsidir.Əminliklə deyə bilərik ki, COP29 Azərbaycanın təşkil etdiyi genişmiqyaslı və çoxtərəfli proses kimi sonrakı oxşar platformalar üçün uğurlu təcrübə nümunəsi olaraq tarixə düşəcək.
Leyla Babışova,
YAP Şuşa rayon təşkilatının sədr müavini