
Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan strateji layihələr nəticəsində Azərbaycan bu gün Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi tanınır. Bu siyasət yalnız ölkəmizin iqtisadi inkişafına deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı enerji əməkdaşlığı əsas müzakirə mövzularından biri oldu. Görüşlərdə təbii qaz təchizatının artırılması, bərpaolunan enerji layihələrinin genişləndirilməsi və uzunmüddətli strateji tərəfdaşlığın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə yanaşı, yeni enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirir. Günəş və külək enerjisi üzrə həyata keçirilən layihələr ölkəmizin enerji sektorunun şaxələndirilməsinə, ekoloji dayanıqlığın gücləndirilməsinə və yeni ixrac imkanlarının formalaşmasına şərait yaradır.
Bununla yanaşı, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri müxtəlif dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitliyin və təhlükəsizliyin güclənməsinə də töhfə verir.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan enerji diplomatiyasında mühüm uğurlar qazanaraq etibarlı və məsuliyyətli tərəfdaş kimi öz mövqeyini daha da gücləndirib. Bu siyasət gələcək illərdə də ölkəmizin davamlı inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edəcək.
Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı



