AnalitikaGündəmSiyasət

Azərbaycanın inkişaf strategiyası regionda dayanıqlı sabitliyin təminatçısına çevrilib

9 aprel 2025-ci il tarixində ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum keçirildi. Forumda Prezident İlham Əliyev çıxış edərək mühüm məsələlərə toxundu. O, Azərbaycanın regionda və dünyada tutduğu mövqe, gələcək planlar və beynəlxalq əməkdaşlıq barədə fikirlərini bölüşdü.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, hazırda dünya sürətlə dəyişir və yeni çağırışlarla üz-üzədir. Bu dəyişikliklər fonunda Azərbaycanın sabitliyi, inkişafı və güclü siyasəti ölkəmizi daha da önə çıxarır. O vurğuladı ki, Azərbaycan müstəqil siyasət aparır və beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır.

Dövlət başçısı forumda Ermənistanla münasibətlərin normallaşdırılması mövzusuna da toxundu. O bildirdi ki, sülh sazişinin imzalanması real görünür və bu, bölgədə uzunmüddətli sabitliyə yol aça bilər. İlham Əliyev əlavə etdi ki, sülh prosesi ilə yanaşı, sərhədlərin dəqiqləşdirilməsi – yəni delimitasiya prosesi də davam etdirilməlidir.

Çıxış zamanı Prezident Azərbaycanın enerji və nəqliyyat sahəsindəki nailiyyətlərini də qeyd etdi. Xüsusilə Orta Dəhliz layihəsi və müasir liman infrastrukturunun ölkəmizin regional nəqliyyat mərkəzinə çevrilməsində rolunu vurğuladı.

Forum zamanı iştirakçılar Prezidentin fikirlərinə böyük maraq göstərdi. Onun çıxışı Azərbaycanın yeni dünya nizamında tutduğu yeri və gələcəyə dair baxışlarını açıq şəkildə ortaya qoydu.

Əliyeva Sevinc,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button