AnalitikaGündəm

Azərbaycanın tarixi qələbəsini rəsmiləşdirən 10 noyabr Bəyanatı

Şanlı zəfərimizi təsdiq edən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından artıq 4 il ötür. Vətən müharibəsinin nəticəsi olaraq imzalanmış bu bəyanat 30 ildən çoxdur ki, düşmən işğalı altında olan torpaqlarımızın azad olunmasının, düşmənin məhv edilməsinin, regionda sülhün və sabitliyin bərpasının göstəricisidir.  Cəmi 44 günə Ermənistan Azərbaycan Ordusu qarşısında diz çökdü. 8 noyabr tarixində Şuşanın işğaldan azad olunmasından sonra Ermənistanın təslim olması an məsələsi idi. Belə də oldu, Suşanın düşmən tapdağından təmizlənməsinin ardınca, Azərbaycan ordusunun noyabrın 9-da 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edilməsi barədə məlumatı yayıldı və saatlar sonra Ermənistan təslim oldu!

44 günlük müharibənin nəticələri bütünlüklə Azərbaycanın xeyrinə idi və düşmənin təslim olmasını özündə ehtiva edən sənədi imzalamaq üçün hər hansı maneə qalmırdı. Azərbaycan Ordusu yeni reallıq yaratmışdı: nə qondarma rejim qalmışdı, nə də 30 ildir danışıqlar prosesində Ermənistanın irəli sürdüyü şərtlərdən əsər-əlamət. Üstəlik düşmən tərəf Azərbaycanın şərtlərini qəbul etmişdi. Prezident çıxışlarında, xarici ölkələrə səfərləri zamanı, Beynəlxalq təşkilatların üzvləri ilə görüşü zamanı bəyanatdakı tələblərin Ermənistan tərəfindən yerinə yetirilmədiyini, erməni separatçılarının hələ də ərazilərimizdə qanunsuz olaraq məskunlaşdıqlarını, ordumuza,dövlətimizə qarşı təxribatlar törədildiyini dəfələrlə qeyd etmişdir. Torpaqlarımızdakı silahlıların ərazimizdən çıxarılmasını və erməni xalqının bizim ölkənin vətəndaşlığını qəbul edərək, bizim qanunlarla,bizim vətəndaşlarla birlikdə məskunlaşa, yaşaya biləcəyini söyləmişdir.Lakin, 30 il ərzində olduğu kimi 3 il müddətində də heç bir Beynəlxalq təşkilat, müqavilələr, dövlətlər Ermənistanı buna məcbur etmək üçün heç bir cəhd göstərmədi. Nəticədə, növbəti erməni təxribatı nəticəsi 19-20 sentyabrda antiterror əməliyyatının baş verməsilə nəticələndi. Qısa müddət ərzində silahlı erməni separatçıları torpaqlarımızdan tamamilə qovuldu və separatçı rəhbərləri həbs edilərək Bakıya gətirildi. Erməni silahlılarından tamamilə təmizlənmiş Xocalı, Ağdərə, Xankəndində prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şanlı üçrəngli bayrağımız dalğalandırılmışdır.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanlarının inşa olunması, Zəngilanda “Ağıllı kənd” layihələrinin uğurla icra olunması, Zəfər yolunun inşası, Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması, .Şuşada tarixi abidələrin bərpa olunması, yeni yaşayış binalarının inşa edilməsi, Cəbrayılda ,Xocalıda ,Kəlbəcərdə tikinti işlərinin uğurla davam etdirilməsi, həmin ərazilərdə dəmir yollarının və avtomobil yollarının sürətli çəkilişi, su elektrik stansiyalarının bərpası və digər mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir.

Natiq Mahmudov,
YAP Şuşa rayon təşkilatının fəalı    

Oxşar Xəbərlər

Back to top button