Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Baş naziri İrakli Kobaxidze ilə görüş keçirmişdir. Bu Baş nazirin seçildikdən sonra ilk xarici səfəridir. Bu münasibətlə Prezident İlham Əliyev onu təbrik etmişdir və bildirmişdir ki , ilk səfərin Azərbaycana olması Azərbaycanla Gürcüstan arasındakı dostluğun çox möhkəm olduğunu göstərir.
Prezident bildirmişdir ki, ölkələrimiz arasında olan dostluq əsrlər boyu davam edir. Bu dostluq , qarşılıqlı əlaqələr bir çox ölkələrə nümunə ola bilər. Ölkələr arasında iqtisadi sahədə çox böyük irəliləyişlər var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Birgə həyata keçirilən neft – qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Azərbaycan Gürcüstan tranziti vasitəsilə 11 ölkəyə öz təbii qazını ixrac edir. Həmçinin Gürcüstanda istehlak edilən təbii qazın 80 faizi Azərbaycan mənşəlidir.
Azərbaycanla Gürcüstan arasında olan Orta Dəhliz layihəsi iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirir. Hal – hazırda hər iki ölkədə nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi həyata keçirilir. Biz bu işləri bərabər etsək daha uğurlu və tez nəticələr əldə edərik. Həmçinin, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması sahəsində də uğurlu işlərə imza atılmaq üzrədir.
Prezident İlham Əliyev Gürcüstana 1 dövlət, 1 rəsmi , 9 işgüzar səfər etmişdir. Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili ölkəmizə 1 rəsmi , 1 işgüzar səfər etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstana səfər etmişdir. Gürcüstanın Bas nazirləri də daima Azərbaycana rəsmi və işgüzar səfərlər etmişlər. Bütün bunlar iki ölkə arasındakı münasibətlərin möhkəm olduğunu göstərir. Azərbaycan – Gürcüstan parlamentlərarası əlaqələri də çox uğurlu şəkildə davam etdirilir. Azərbaycan tərəfdən bu işə rəhbərliyi Arzu Nağıyev həyata keçirir.
Gürcüstan Parlamentinin Azərbaycan Respublikasının Milli Məclisi ilə dostluq qrupu mövcuddur. Gürcüstan tərəfdən dostluq qrupunun rəhbəri – vitse – spiker Arçil Talakvadzedir. Azərbaycan və Gürcüstan arasındakı əsrlərdən bəri davam edən dostluq hər zaman uğurlu şəkildə davam edəcək və hər iki ölkə bu münasibətləri uğurlu şəkildə davam etdirmək üçün hər zaman səy göstərəcək.
Əliyeva Mehri,
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi