GündəmSosial

Bir neçə gün əvvəl əməliyyat olunmuşdu, bu gün vəfat etdi

Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş 22 yaşlı qadın vəfat edib.

İnfososium.az “Qafqazinfo” -a istinadən xəbər verir ki, rayonun Qarasu kənd sakini 22 yaşlı Məleykə Nurməmmədova mərkəzi rayon xəstəxanasında bir neçə gün əvvəl ginekoloji kista əməliyyatı edilib.

Bu gün xəstəxanada onun vəziyyəti kəskin pisləşib və qəfil vəfat edib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər

Back to top button