
“Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib.”
Cənab İlham Əliyev dünyanın bir çox media üzvlərinin müxtəlif suallarını cavablandırıb. Media nümayəndələri Qarabağda olublar. Cənab Prezident onların Qarabağda gördükləri mənzərəyə bir daha açıqlama verərək bildirib ki Qarabağda Erməni vandalizmin izlərini təmizləmək üçün böyük quruculuq işləri aparılır.
“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və biz istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.”
“Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə bizim işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə biz dedik ki, – və mən bunu dəfələrlə demişəm, – intiqamımızı döyüş meydanında alacağıq. Biz normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi.”
Cənab Prezident bildirdiki Azərbaycan ordusunda islahatlar davam etdirilir. Çünki bunun səbəbi var.Biz Qarabağı qaytarmaq hissi ilə yaşayan Erməni kimi revanşist dövlətlə qonşuyuq.
“Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik.”
“Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir.”
Cənab Prezident bildirib ki, bu gün ermənilərin törətdikləri vəhşiliklərin ən yaxşı yolu gedib onu işğal olunmuş rayonları gəzib gprməkdir.
Azərbaycan öz tarixi ərazilərini bərpa etmişdir. Bu yolda irəli addımlayacaq. Müstəqilliyimizə ərazı bütövlüyümüzə kölgə düşməyə imkan verməyəcəyik. Biz buna qadir bir dövlətik.
Məmmədova Alidə,
Sabunçu qəsəbəsi, 170 nömrəli məktəbin tarix müəllimi