Sosial

Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdü artırıldı

1941 – 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 (üç yüz otuz) manat müəyyən edilib.

İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, indiyədək bu məbləğ 300 manat idi.

Oxşar Xəbərlər

Back to top button