
Bu gün Vətən müharibəsi şəhidi leytenant Məcidzadə Teymur Tehran oğlunun doğum günü qeyd olunub. Bununla əlaqədar Hərbi Memorial Məzarlıqda şəhidin məzarı ziyarət edilib. Ziyarətdə Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini Şahsultan Həsənov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, RİHBA-nın əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.



