İdman

Cüdoçularımız Portuqaliyada Qran-Pri turnirində iştirak edəcəklər

Yanvarın 27-29-da Portuqaliyanın Almada şəhərində Qran-Pri turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə dünyanın 83 ölkəsindən 580 idmançı iştirak edəcək.

İnfososium.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda qadınlardan ibarət yığmamızın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Azərbaycan 16 cüdoçu ilə təmsil olunacaq.

Qadınların yarışında Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) tatami üzərinə çıxacaqlar. Kişilərin mübarizəsində Turan Bayramov, Nazir Talıbov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Vüsal Qələndərzadə, Nurlan Osmanov (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq) və Camal Qamzatxanov (100 kq-dan yuxarı) güclərini sınayacaqlar.

Oxşar Xəbərlər

Back to top button