Diplomatik korpus Qarabağda aparılan quruculuq işləri ilə tanış oldu

Qarabağ və Şərqi Zəngəzura səfər edən xarici diplomatlar bölgədə həyata keçirilən bərpa-quruculuq layihələri barədə məlumat alıblar. Səfər azad edilmiş ərazilərdə görülən işlərin beynəlxalq nümayəndələrə təqdim edilməsi baxımından əhəmiyyətlidir.
Yeni yaşayış məntəqələrinin salınması, yolların çəkilməsi, enerji və sosial infrastrukturun qurulması bölgənin inkişaf proqramının əsas istiqamətlərindəndir. Xarici diplomatların bu layihələri yerində görməsi həyata keçirilən işlərin miqyasını daha yaxından müşahidə etməyə imkan verir.
Azərbaycanın əsas məqsədlərindən biri azad edilmiş ərazilərdə dayanıqlı həyatın təmin olunmasıdır. Bu istiqamətdə aparılan işlər həm ölkənin daxili inkişaf siyasətinin, həm də postmünaqişə dövrünün əsas gündəliyinin tərkib hissəsidir.
Reyhanə Ələkbərova,
YAP Nizami rayon təşkilatının “Tofiq Abbasov küçəsi, 3” ərazi partiya təşkilatının sədr müavini


