
İtaliya millisinin qapıçısı Canluici Donnarumma İngiltərənin “Mançester Siti” klubu ilə razılığa gəlib.
“infososium.az” xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Qolkiperin agenti Entso Rayola bir neçə aydır ki, Mançester təmsilçisi ilə danışıqlar aparıb.
Qeyd edək ki, Donnarumma ötən gün Fransanın PSJ komandasından ayrıldığını açıqlayıb. Onun parislilərlə 2026-cı ilin yayınadək müqaviləsi var.