
Ulu Öndər Heydər Əliyevin banisi olduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən media siyasəti, kütləvi informasiya vasitələri ilə cəmiyyət və dövlət arasında şəffaf, qarşılıqlı hörmətə əsaslanan bir platforma yaradıb. Mətbuatın problemlərinin həlli, onun vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ölkəmizdə ardıcıl və məqsədyönlü tədbirlər görülür.
Xüsusilə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması və icrası jurnalistlərin rifahına, media orqanlarının müstəqilliyinə bilavasitə xidmət etmişdir. Son illərdə həyata keçirilmiş islahatlar dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsini və jurnalistika sahəsində çevikliyin artırılmasını hədəf alır.
Hər iki dövlət rəhbərinin mətbuatla olan yaxın əlaqələri, onların “Jurnalistlərin dostu” mükafatlarına layiq görülməsi ilə nəticələnmişdir ki, bu da dövlətin mediaya hər zaman etibarlı tərəfdaş kimi baxdığının açıq təzahürüdür.
Sədaqət Hacıyeva,
YAP Nizami rayon təşkilatının mühasibi



