AnalitikaGündəmSiyasət

Enerji sahəsində əməkdaşlığın genişlənməsi hər iki ölkənin strateji maraqlarına xidmət edir.

Azərbaycan və Türkmənistan zəngin təbii ehtiyatlara malik olan, enerji sektorunda mühüm mövqeyə sahib dövlətlərdir. Hər iki ölkənin malik olduğu neft və təbii qaz ehtiyatları təkcə milli iqtisadiyyatın inkişafına deyil, həm də regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Son illərdə bu sahədə əməkdaşlığın genişlənməsi Azərbaycan–Türkmənistan münasibətlərinin əsas istiqamətlərindən birinə çevrilib.

Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi görüş zamanı enerji sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi diqqət mərkəzində olub. Dövlət başçıları bu istiqamətdə mövcud potensialın daha səmərəli istifadəsinin vacibliyini vurğulayaraq gələcək birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Bu yanaşma hər iki ölkənin uzunmüddətli iqtisadi maraqlarına tam uyğundur.

Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Türkmənistan da zəngin qaz ehtiyatları ilə dünyanın aparıcı enerji ölkələrindən biri hesab olunur. Bu baxımdan iki dövlət arasında qurulan əməkdaşlıq yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir. Qarşılıqlı etimad bu istiqamətdə yeni imkanlar yaradır.

Müasir dövrdə enerji layihələri yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistanın bu sahədə birgə fəaliyyət göstərməsi Xəzər regionunun strateji mövqeyini daha da gücləndirir. İki ölkənin koordinasiyalı fəaliyyəti beynəlxalq enerji bazarlarında sabitliyin qorunmasına və etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edir.

Enerji sektorunda əməkdaşlıq investisiya imkanlarının genişlənməsinə də şərait yaradır. Yeni texnologiyaların tətbiqi, qarşılıqlı təcrübə mübadiləsi və müasir infrastrukturun inkişafı hər iki ölkənin iqtisadi potensialını daha da artırır. Bu istiqamətdə həyata keçiriləcək layihələr gələcək nəsillər üçün də mühüm iqtisadi baza formalaşdıracaq.

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti Azərbaycanın dünya enerji bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Türkmənistanla inkişaf etdirilən əməkdaşlıq isə bu siyasətin daha geniş coğrafiyanı əhatə etdiyini göstərir. Qarşılıqlı etimada əsaslanan bu münasibətlər enerji diplomatiyasının uğurlu nümunələrindən biridir.

Bütün bunlar təsdiq edir ki, Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlığın inkişafı təsadüfi deyil, strateji maraqlara əsaslanan uzunmüddətli siyasətin nəticəsidir. Bu əməkdaşlıq gələcəkdə də hər iki ölkənin iqtisadi inkişafına, regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə və beynəlxalq tərəfdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəkdir.

Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button