Ərdoğan dağıntılardan sağ çıxarılanların sayını açıqladı
“Dağıntılar altından xilas etdiyimiz insanların sayı 8 min nəfərdən çoxdur”.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan deyib ki, zəlzələlərdən yaralı çıxan 81 mindən çox vətəndaşın çox hissəsini evə buraxılıb: “Qalanların müalicəsinə davam edirik. Biz təkcə ölkəmizdə deyil, bəşəriyyət tarixində ən böyük təbii fəlakətlərdən biri ilə üzləşirik. Əsrin fəlakəti olaraq xarakterizə edilən bu zəlzələdə dağılmış minlərlə binanın dağıntılarını təmizlədikcə, təəssüf ki, itkilərimizin sayı artır”.
“13,5 milyon vətəndaşın yaşadığı 10 əyalətdə 500 kilometr ərazini təsir edən zəlzələlər təəssüf ki, böyük dağıntılara səbəb olub. Zəlzələnin hiss olunduğu qonşu şəhərlərlə birlikdə fəlakətdən zərər çəkən əhalinin sayı 20 milyona yaxınlaşır”, – Türkiyə lideri vuğulayıb.