AnalitikaGündəm

Fransa müstəmləkəçilik keçmişinə görə üzr istəməlidir

Azərbaycan neokolonializmin istənilən formasının əleyhinədir. Qoşulmama Hərəkatına daxil olan dövlətlər hələ də neokolonializmin müxtəlif təzahürləri ilə üzləşirlər. Xarici güclərin öz maraqları üçün istifadə etdiyi bir çox ölkədə vətəndaş müharibələri davam edir. O, yeni müstəmləkəçilik siyasətinin nümunəsi kimi Fransanı göstərib: “Fransız qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması bir daha nümayiş etdirdi ki, Fransanın Afrikada həyata keçirdiyi amansız neokolonializm siyasəti iflasa məhkumdur”. Azərbaycan lideri hesab edir ki, Fransa müstəmləkə keçmişinə görə üzr istəməlidir.

Azərbaycan Prezidenti bu ölkələrə böyük təzyiq göstərən yoxsulluq probleminə də diqqət çəkib. Ekoloji problemlər, o cümlədən içməli su çatışmazlığı da qeyd olunub. Azərbaycanın 2019-cu ildə başlayan Qoşulmama Hərəkatına sədrliyi dövründə hərəkatın tam hüquqlu təşkilata çevrilməsi məqsədi ilə institusionallaşma strategiyası hazırlanıb. Bu istiqamətdə müvafiq işlər aparılıb, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində gənclər hərəkatı və qadın platforması yaradılıb. Onun fikrincə, beynəlxalq təşkilatlar, xüsusən də BMT artıq bəşəriyyətin ümidlərini doğrultmur. BMT istər-istəməz ciddi islahatlardan keçməlidir. Prezident İlham Əliyevin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası keçmişin yadigarıdır və indiki reallığı əks etdirmir: “Biz TŞ-nin tərkibinin genişləndirilməsinin tərəfdarıyıq ki, o, daha nümayəndəli və coğrafi baxımdan ədalətli olsun. Mən şadam ki, bu gün dünyada bu məsələdə artan konsensus var”. Prezident Qoşulmama Hərəkatının üzvlərindən birini BMT Təhlükəsizlik Şurasında blokun nümayəndəsi kimi görmək arzusunu ifadə edib ki, bu da hərəkatın və onun iştirakçılarının maraqlarını əks etdirir. Müxtəlif iştirakçılar arasında ziddiyyətli münasibətlərə baxmayaraq, Qoşulmama Hərəkatına üzv ölkələrin hamısı Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi islahatları dəstəkləyiblər.

Bu ölkə hələ də anlamaq istəmir ki, bu cür siyasətin sonu iflasa məhkumdur. Fransanın konkret olaraq Azərbaycanla bağlı yürütdüyü riyakar və qərəzli siyasətin nə ilə nəticələndiyi də göz önündədir. Azərbaycan cavab addımları atdıqda, neokolonializmə qarşı mübarizəni prioritet elan edəndə bu, ölkənin daxili işinə qarışmaq cəhdi kimi dəyərləndirir. Azərbaycan Fransanın müstəmləkəsi altında saxladığı xalqların insan hüquqlarını pozmasını, müstəqillik tələb edənləri həbs etməsini, öldürməsini beynəlxalq səviyyədə ifşa etməkdədir. Yəni Azərbaycan neokolonializmlə mübarizəyə qətiyyətlə öndərlik edir və müstəqillik uğrunda mübarizəyə qalxan yerli xalqların nümayəndələri Bakı Təşəbbüs Qrupu ətrafında birləşərək azadlıq səslərini daha gur şəkildə dünyaya çatdırırlar.

Alidə Aslanova,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button