
Hər il 17 oktyabr tarixi Azərbaycan xalqı üçün xüsusi mənaya malikdir. Bu gün “Füzuli Şəhəri Günü” kimi qeyd olunur. 2020-ci ilin həmin tarixində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhərini düşmən işğalından azad etdi. Bu qələbə yalnız bir şəhərin azadlığı deyil, eyni zamanda Vətən müharibəsində dönüş nöqtəsi, xalqımızın birliyinin, igidliyinin və sarsılmaz iradəsinin təcəssümü oldu.
31 iyul 2023-cü il tarixli Prezident sərəncamına əsasən, hər il 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bu qərar Füzulinin tarixi əhəmiyyətini, şəhərin bərpasında görülən böyük işləri və onun Azərbaycan həyatına qayıdışını simvolizə edir.
Bu gün Füzuli şəhəri yenidən qurulur, müasir və abad məkana çevrilir. Yeni yollar, məktəblər, xəstəxanalar, hava limanı və yaşayış massivləri inşa olunur. Bu dirçəliş Füzulinin azadlıqdan quruculuğa uzanan yeni tarixini yazır.
Füzuli Şəhəri Günü təkcə bir şəhərin azadlığının xatırlanması deyil bu, bütöv Azərbaycanın qürur günüdür. Bu gün biz şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, qəhrəman ordumuzun fədakarlığını minnətdarlıqla xatırlayırıq.
44 günlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrəti, ordumuzun peşəkarlığı hər kəsə məlumdur. Yüksək peşəkarlıq, ciddi nizam-intizam, lazımi səviyyədə təchizat, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və ruh yüksəkliyi, sağlam zabit-əsgər münasibəti, əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə yaza bilərik.
Bu gün Füzuli təkcə bərpa olunan bir şəhər deyil, həm də bütün Qarabağın dirçəlişinin simvoludur. Burada görülən işlər Zəngilan, Cəbrayıl, Laçın və Şuşa kimi azad edilmiş bölgələr üçün də örnəkdir. Füzuli artıq Böyük Qayıdışın başlanğıcı, gələcək nəsillər üçün ümid və inamın təcəssümüdür.
Çünki onlar illərlə həsrətini çəkdikləri yurdlarına qayıdır, doğma torpaqlarında yeni həyat qururlar. Füzuli Şəhəri Günü təkcə bir şəhərin azadlığının xatırlanması deyil bu, bütöv Azərbaycanın qürur günüdür.
Füzuli Şəhəri Günü bu torpağın azadlığını, xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin qüdrətini təcəssüm etdirən gündür. O azadlığı qazanmaq üçün Azərbaycan xalqı hər zaman hazırdır, bir yumruq kimi birləşib.
Bu gün biz şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edir, qəhrəman ordumuzun fədakarlığını minnətdarlıqla xatırlayırıq.
Füzuli dirçəlir, Azərbaycan güclənir!
Tünzalə Əliyeva ,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi