Gənclər və İdman Nazirliyində Dünya Badminton Federasiyasının İnkişaf direktoru Yan Raytla görüş keçirilib.
İnfososium.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə badmintonun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin Dünya Badminton Federasiyası ilə əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da iştirak edib.