
Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Məlum olduğu kimi xalqımızın ümummilli lideri Heydər Əliyevin prioritet münasibət bəslədiyi sahələrdən biri də gənclər siyasəti olmuşdur. Ümummilli Lider çox gözəl bilirdi ki, gəncliyi olmayan bir dövlətin gələcəyi ola bilnməz. Bu səbəbdən idi ki, Ümummilli Lider sağlam ruhda yetişmələri, mükəmməl təhsil almaları üçün hər cür şərait yaratmağa çalışırdı. 1990-cı illərin böhranlı günlərini xatırlayanlar çox gözəl bilir ki, həmin dövrdə bir çox sahələr kimi, gənclərlə iş də taleyin ümidinə buraxılmışdı. Vətənpərvər ruhlu gənclər ayrı-ayrı siyasi qüvvələrin əlində alətə çevrilmişdilər. Ancaq Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı həyata keçirilən siyasətin xronoloji ardıcıllığına nəzər salsaq, görərik ki, ötən illər ərzində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə geniş miqyaslı tədbirlər həyata keçirilmiş və bir sıra problemlər öz müsbət həllini tapmışdır. 1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu. Gənclər günü bütün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olundu. Həmin tarixdən etibarən ənənəvi olaraq hər il fevralın ikisi günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Bu gün gənclər dövlət və hökumət strukturlarında, biznes sahəsində kifayət qədər ciddi elektoratla təmsil olunurlar və bu say tərkibi getdikcə daha da artmaqdadır,çünki Ümumlli Lider Heydər Əliyevin gənclər siyasəti Cənab İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Cənab İlham Əliyevin hər dəfə gənclərlə görüşündə onlara qayğı ilə yanaşması hər birimizdə sevinc, qürur hissi oyadır. Azərbaycan gənci başa düşür ki, onun arxasında Azərbaycan dövləti və respublikanın Prezidenti dayanmışdır. Hər bir Azərbaycan gənci ildən – ilə artan bu qayğını və dövlət dəstəyini öz üzərində hiss edir və inkişafa doğru daha inamla irəliləyir. Bu gün Azərbaycan gəncini kifayət qədər təşəbbüskar, savadlı və beynəlxalq arenaya çıxmağa hazır bir insan kimi dəyərləndirmək olar. Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Azərbaycanın müxtəlif bölgələrində olimpiya idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Gənclərə diqqət partiyamızın da siyasi xəttinin əsasını təşkil edir.Ötən 33 il ərzində YAP Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz xidmətlər göstərib. Partiya savadlı və istedadlı gənclərin nailiyyətlər əldə etməsinə hər zaman böyük imkanlar yaradıb. Bu isə ölkənin aktiv qüvvəsinin – gənclər təbəqəsinin böyük çətinlikləri asanlıqla aşmasına səbəb olub.Bu gün ölkəmizin Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev də azərbaycanlı gənclərin hərtərəfli inkişaf etməsi üçün mühüm addımlar atmaqdadır.Partiyamız tərəfindən bilikli, dövlətini sevən, yüksək liderlik və idarəçilik qabiliyyətlərinə malik gənclərə böyük etimadın göstərilməsi, onların istər dövlət qulluğunda vəzifə tutması, istərsə də parlament və bələdiyyə seçkilərində namizəd olaraq irəli sürülməsi ümumən Azərbaycan gəncliyində özünə inamı daha da artırır.
Əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də Azərbaycanının inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək.Çünki hələ bizi qarşıda daha böyük naliyyətlər gözləyir.
Təvəkkül Əliyev,
YAP Şuşa Rayon Təşkilatının sədri