Mədəniyyət
Həmyerlilərimiz Albaniyada musiqi festivalında uğurla çıxış ediblər
Azərbaycanlı gənc musiqiçilər Albaniyada keçirilən “Kënga Magjike” musiqi festivalında uğurla çıxış edib.
www.aktualinfo.az/infososium AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda iştirak edən “Mamagama” qrupunun üzvləri Asəf Mişiyev və Roman Zilyanyev “Ən yaxşı xarici artist” mükafatına layiq görülüblər.
Qeyd edək ki,“Kenga Magjike” 1999-cu ildə yaradılmış musiqi müsabiqəsidir. Bu mərasimdə dünyanın müxtəlif ölkələrini təmsil edən sənətkarlar öz musiqi bacarıqlarını nümayiş edirlər.