AnalitikaGündəm

Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi və qətiyyətli mövqeyi olan Yeni Azərbaycan Partiyası

Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu partiyanın yaranma tarixi Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır.Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi altında təşkilatlanmışdır. Ulu Öndərin adını daşıyan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrilmişdir. Heydər Əliyevə olan dərin hörmət və etibar sayəsində hazırda öz sıralarında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası bu gün həqiqətən də yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqaz regionunun güclü və beynəlxalq aləmdə hakimiyyət partiyaları tərəfindən qəbul edilən nüfuzlu siyasi təşkilatıdır. Ümummilli liderin o zaman müəyyən etdiyi milli birlik strategiyası bu gün də Yeni Azərbaycan Partiyasının təməl prinsiplərindəndir. Azərbaycan hakimiyyətinin mənbəyində xalq dayanır. Digər ideya bütün insanların potensialından dövlət quruculuğunda, dövlətin potensialından isə vətəndaşların sosial rifahının, milli-mənəvi ehtiyaclarının təmin olunmasında istifadə edilməsi ilə bağlı idi.

Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir.Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının beynəlxalq siyasi partiya təşkilatlarında da müvəffəqiyyətlə təmsil olunması ölkəmizin milli maraqlarının regional və qlobal səviyyədə qorunması baxımından böyük önəm daşıyır. Beləki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir.

Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin və müdafiə olunmasının bariz nümunəsidir.Bu nümunəliyə əminliklə qeyd edə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda uzun illər Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi rolunu və missiyasını şərəf və ləyaqətlə həyata keçirəcəkdir.

Prezident Cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli nümayəndələrini, övladlarını, gənclərini, öz ətrafında sıx birləşdirərək ölkəmiz və partiyamız adından yeni tarixi nailiyyətlərə imza ataraq, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.

Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri

Oxşar Xəbərlər

Back to top button