Dünya
İki ölkənin Prezidenti Kiyevə getdi
Portuqaliya və Litva Prezidentləri Marselo Rebelu de Souza ilə Gitanas Nauseda Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki dövlət başçısının səfərində məqsəd Ukraynanın müstəqilliyinin 32-ci ildönümü ilə bağlı tədbirdə iştirak etməkdir.
Kiyev vağzalında çıxış edən hər iki Prezident ölkələrinin Ukraynaya dəstəyini ifadə ediblər.
Qeyd olunub ki, bu, Portuqaliya Prezidentinin Kiyevə ilk səfəridir.