
Dövlətlər arasında imzalanan sənədlər münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas hüquqi baza hesab olunur. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanan sənədlər də Azərbaycan–Türkmənistan əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev görüş zamanı əldə olunan razılaşmaların konkret nəticələr verəcəyini vurğuladı. Verilən tapşırıqların Hökumətlərarası Komissiya çərçivəsində icrası iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
İmzalanan sənədlər iki ölkə arasında siyasi dialoqun daha da güclənməsinə xidmət edir. Bu sənədlər qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu və əməkdaşlığın uzunmüddətli perspektivə hesablandığını göstərir.
Yeni razılaşmalar ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və biznes əlaqələrinin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə görüləcək işlər hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Sənədlərin əhatə etdiyi sahələr yalnız iqtisadiyyatla məhdudlaşmır. Humanitar əməkdaşlıq, elm, təhsil və mədəniyyət istiqamətində də yeni təşəbbüslər münasibətlərin daha da zənginləşməsinə imkan yaradacaq.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın dost və tərəfdaş dövlətlərlə əlaqələrinin davamlı inkişafını təmin edir. Türkmənistanla imzalanan yeni sənədlər də bu siyasətin uğurlu nəticələrindən biridir.
Heç şübhəsiz, imzalanmış sənədlərin icrası Azərbaycan–Türkmənistan münasibətlərinin daha da möhkəmlənməsinə, strateji tərəfdaşlığın genişlənməsinə və regionda əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəkdir.
Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının fəalı



