AnalitikaGündəm

İndi bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda şərəflə dalğalanır

9 Noyabr-Azərbaycan Bayrağı Günü bizim şərəf və şan günümüzdür. Şərqdə ilk  parlamentli  Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağımız müstəqilliyimizin pasportudur. Hürriyyətimizin simvolu bayrağımız dövlətimizin və dövlətçiliyimizin amalını, ideyasını özündə daşıyır. Üçrəngli bayrağımız yaranışı ilə Cümhuriyyətimizin türkçülük, islamçılıq və müasirlik ideyalarını simvolizə etmişdir.

Həm Birinci Qarabağ müharibəsində,həm də İkinci Qarabağ müharibəsi zamanı uğrunda minlərlə oğul və qızlarımız canını fəda etdi.

Ulu Öndərimizin hələ Sovet İttifaqı dağılmadan öncə Naxçıvanın parlament binası üzərində qaldırdığı üçrəngli bayrağımız müstəqilliyimiz üçün ilk zəmin  oldu. Bu cəsarətli addım bütün Azərbaycanın azadlığı  tarixinin başlanğıcı idi. Torpaqlarımızın 30 il işğal dövründə bayrağımız da Şuşasız, Xankəndisiz, Xocalısız və başqa ata-baba yurdlarımız üçün darıxmışdı.

İndi bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda şərəflə dalğalanır. Bu gün üçün bayağımız, azadlığımız uğrunda həlak olan şəhidlərimizə minnətdarıq.

Humay Vəliyeva,
Sabunçu qəsəbəsi, 155 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button