Gündəm

Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub.

“Aktualinfo Media Qrup” xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər.
Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir.
Yusif Mahmud oğlu Nəbiyev isə 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Oxşar Xəbərlər

Back to top button